“Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyirik”

24-10-2025, 11:22 102 dəfə baxılıb

 

“Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir”. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Yaponiyanın yeni seçilən Baş naziri Sanae Takaiti vəzifəyə başlaması münasibətilə parlamentdə etdiyi çıxışı zamanı bildirib.


“Yaponiya və Rusiya arasında münasibətlər mürəkkəbdir, lakin Yaponiya hökumətinin siyasəti şimal əraziləri (Yaponiyanın Kuril adalarının cənub hissəsinə verdiyi ad - red.) problemini həll etməyə və sülh müqaviləsi bağlamağa yönəlib”, - hökumət başçısı söyləyib.


Bundan başqa, Takaiti rəhbərlik etdiyi hökumətin Ukrayna münaqişəsini tənqid etməyə davam edəcəyini bildirib. 


Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Sovet İttifaqı (Rusiya özünü SSRİ-nin varisi elan edib - red.) arasında mübahisəli Cənubi Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalanmayıb. Rusiya 2022-ci ildə Yaponiyanın Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq etməsi ilə əlaqədar olaraq bu məsələ üzrə danışıqları davam etdirməkdən imtina edib. Moskva həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulmasına dair dialoqdan da çıxdığını elan edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031