ABŞ Kanada ilə bütün ticarət danışıqlarını dayandırdı

24-10-2025, 09:20 129 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.


Prezidentin sözlərinə görə, bu addım Kanadada ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın tarif siyasəti ilə bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı yayımlanması ilə əlaqədardır.


“Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyəri 75 min dollar olub. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına təsir etmək üçün etdilər. Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu səbəbdən Kanada ilə bütün ticarət danışıqları dayandırılır”, - Tramp bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031