ABŞ Senatı artıq 12-ci dəfə hökumətin maliyyələşdirilməsini razılaşdıra bilmədi

23-10-2025, 12:32 128 dəfə baxılıb

 

ABŞ Senatı şatdaunun başa çatması üçün zəruri olan federal hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini artıq 12-ci dəfə qəbul edə bilməyib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə CBS məlumat yayıb.


Sənədi 54 konqresmen dəstəkləyib, daha 46-sı isə əleyhinə çıxış edib. Qanun layihəsinin təsdiqlənməsi üçün ən azı 60 səs tələb olunurdu.


Xatırladaq ki, oktyabrın əvvəlindən respublikaçılar və demokratlar arasında səhiyyə də daxil olmaqla büdcənin əsas xərc maddələri üzrə fikir ayrılıqları səbəbindən şatdaun hələ də davam edir.


Hazırkı şatdaun, Donald Trampın ilk prezidentlik müddətinə təsadüf edən 2018-ci ilin sonunda və 2019-cu ilin əvvəlində baş verən 35 günlük maliyyələşdirmə fasiləsindən sonra müddətinə görə ikinci olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031