Paşinyan: "Ermənistanda məcburi hərbi xidmət müddəti iki ildən 18 aya qədər azaldılacaq"

21-10-2025, 16:37 133 dəfə baxılıb

 

Ermənistanda məcburi hərbi xidmət müddəti iki ildən 18 aya qədər azaldılacaq.


Yenisirvanli.info.az -ın məlumatına görə, bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan özünün "Facebook" hesabında yazıb.


Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri Suren Papikyan parlament həmkarları ilə müzakirələr apardıqdan sonra müvafiq qanunvericilik təşəbbüsü layihəsini dövriyyəyə buraxıb.


"İlkin olaraq, bu təşəbbüsün 2026-cı ilin yay çağırışından qüvvəyə minməsi planlaşdırılırdı, lakin bu gün həm müdafiə naziri, həm də parlament üzvləri ilə müzakirələr apardım, nəticədə qanunu 1 yanvar 2026-cı il tarixindən, yəni qış çağırışından tətbiq etmək qərarına gəldik", - deyə baş nazir bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031