Bu ölkədə 13 saatlıq iş günü qanuniləşdi

17-10-2025, 11:39 98 dəfə baxılıb

 

Yunanıstan parlamentində qəbul edilən yeni əmək qanunu ölkədə narazılıq doğurub. Qanun özəl sektorda bəzi hallarda işçilərin gündə 13 saata qədər işləməsinə icazə verir.


“Yenisirvanli.info.az” xəbər verir ki, qanun layihəsi parlamentdə sağçı partiyaların dəstəyi ilə qəbul olunub. Solçu partiyalar isə qərarı kəskin tənqid ediblər.


Əsas müxalifət partiyası SİRİZA bu qanunu “Orta əsrlərə qayıdış” adlandırıb. Partiya nümayəndələri bildirib ki, bu addım işçi hüquqlarının açıq şəkildə pozulmasıdır.


Yeni qaydaya görə, iki və daha çox əməkdaşı olan iş yerləri, bəzi günlərdə əlavə ödənişlə 13 saatlıq iş rejimi tətbiq edə biləcəklər. Halbuki hazırda Yunanıstanda rəsmi iş günü 8 saatdır. Xüsusi hallarda bu müddət 11 saata qədər uzadıla bilər.


Digər müxalif partiya PASOK isə daha sərt reaksiya verərək belə deyib:


“13 saatlıq iş rejimi təsadüf deyil. Bu, işçilərin hüquqlarını zəiflədən zəncirin növbəti halqasıdır.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031