Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub

11-10-2025, 12:37 75 dəfə baxılıb

 

Suriyanın sabiq lideri Bəşər Əsəd geymer olub.


Yenisirvanli.info.az  Almaniyanın "Die Zeit" qəzetinə istinadən xəbər verir ki, B.Əsəd Moskva yaxınlığında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qorunur.


Məlumata görə, Bəşər Əsəd mərmər vanna otağı olan dəbdəbəli villada sakitcə yaşayır. Onun çölə çıxmaqdan yayındığı və saatlarla onlayn oyunlarla vaxt keçirdiyi iddia olunur.


Xatırladaq ki, sabiq Suriya lideri indiki prezident Əhməd əş-Şaraanın başçılıq etdiyi qüvvələrin paytaxt Dəməşqə yaxınlaşdığı vaxt ölkədən qaçıb. Dəməşqdən havaya qalxdıqdan qısa müddət sonra Əsəd və ailəsini daşıyan təyyarə Homs üzərində radarlardan itib. Rusiyadan gələn xəbərlərlə sabiq Suriya liderinin taleyi ilə bağlı müəmmalara son qoyulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031