"Hyundai" 135 mindən çox "Santa Fe" modelini geri çağırdı

9-10-2025, 11:19 101 dəfə baxılıb

 

"Hyundai" 135 386 ədəd "Santa Fe" krossoverini geri çağırdığını elan edib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.


Məlumata görə, avtomobillərdə qəza zamanı yanğın riskini artıran texniki qüsur aşkar edilib.


Şirkət geri çağırılan avtomobillərdə mühərrikin düzgün yığılmadığı qənaətinə gəlib. Bu nasazlıq qısaqapanmaya səbəb ola bilər.


Geriçağırılma, əsasən "Hyundai"nin ABŞ-nin Alabamadakı zavodunda istehsal edilmiş 2.5 litrlik turbomühərrikli 2024-cü və 2025-ci illər "Santa Fe" modellərinə şamil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031