Pakistan-Əfqanıstan sərhədində silahlı insident: Ölənlər və yaralananlar var

8-10-2025, 15:19 70 dəfə baxılıb

 

Əfqanıstan sərhədi yaxınlığında Pakistan ordusunun mövqelərinə silahlı hücum olub.


Yenisirvanli.info.az -a "Azad İran" "Telegram" kanalı xəbər verir.


Məlumata görə, Xayber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verən hadisə nəticəsində biri zabit və biri komandir olmaqla, 11 hərbçi həlak olub.


Pakistan təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, hücumu "Təhrik-e-Taleban Pakistan" (TTP) qruplaşması ilə əlaqəli silahlılar həyata keçiriblər. Silahlılar bir neçə istiqamətdən ordunun mövqelərinə hücum ediblər.


Qeyd edək ki, 2007-ci ildə yaradılan TTP radikal şəriət qanunlarına əsaslanan İslam dövləti qurmaq niyyətindədir və Pakistanda hərbi və mülki hədəflərə çoxsaylı hücumlara görə məsuliyyət daşıyır. 2018-ci ildən qruplaşmaya Nur Vəli Məsud rəhbərlik edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031