Papa XIV Leonun ilk xarici səfəri Türkiyəyə olacaq - VATİKAN TARİXİ AÇIQLADI

7-10-2025, 17:38 77 dəfə baxılıb

 

Roma Papası XIV Leo 27-30 noyabr tarixlərində Türkiyəni, 30 noyabr-2 dekabrda isə Livanı ziyarət edəcək.


Yenisirvanli.info.az -ın məlumatına görə, bu barədə Vatikanın Mətbuat Ofisinin rəhbəri Matteyo Bruni açıqlama verib. Bildirilir ki, səfər çərçivəsində Papa XIV Leo İznikdə keçiriləcək Birinci İznik Kilsə Məclisinə həsr olunmuş mərasimdə iştirak edəcək.


"Papa 325-ci ildə xristianlıq tarixində dönüş nöqtəsi sayılan məclisin keçirildiyi torpaqlara 1700 il sonra səfər edəcək", - deyə Bruni qeyd edib.


Vatikan mənbələrinin məlumatına görə, səfər zamanı Papa XIV Leo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031