Aİ ölkələri rusiyalı diplomatların səyahətinə məhdudiyyətlər tətbiq etdilər
Avropa İttifaqı ölkələri Macarıstanın vetosunu dəf edərək Rusiya diplomatlarının birlik daxilində hərəkətinə məhdudiyyətlər qoyulmasına razılıq veriblər.
Yenisirvanli.info.az -ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bundan sonra rusiyalı diplomatlar üçüncü ölkələrə səfər etmək üçün qəbul edən tərəfi əvvəlcədən məlumatlandırmalı olacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: