İsrail Livandakı "Hizbullah" hədəflərinə hava zərbələri endirdi

6-10-2025, 20:33 101 dəfə baxılıb

 

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın şərqində "Hizbullah"ın mümkün hərbi obyektlərinə azı üç reyd keçirib.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə "Al Mayadeen" telekanalı məlumat verib.


Məlumata görə, raket zərbələri Suriya-Livan sərhədində dağlıq ərazidə yerləşən "Hizbullah" döyüşçülərinin təlim düşərgələrinə və yeraltı sığınacaqlarına endirilib.


Şahidlər Baalbek, Nabi-Şita, Xarabta, Xermel rayonları və onların ətraf ərazilərində güclü partlayışlar səslərinin eşidildiyini bildiriblər, ərazidən qalın tüstü buludlarının havaya qalxdığı qeyd edilir. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.


Telekanalın məlumatına görə, İsrail təyyarələri Livanın hava məkanında qalmağa davam edir və Bekaa vadisi və Suriya ilə sərhəd üzərində aşağı hündürlükdə uçuşlar həyata keçirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031