Pentaqon 987 milyon dollarlıq hərbi layihəni reallaşdırır: "Virginia" sinifli atom sualtı qayığı tikiləcək
ABŞ-də dekabr ayında "Virginia" sinifli yeni atom sualtı qayığının tikintisinə start veriləcək.
Yenisirvanli.info.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Bundan əvvəl Pentaqon "Electric Boat" şirkətinə atom sualtı qayıqların istehsal güclərinin genişləndirilməsi üçün 987 milyon dollar vəsait ayırdığını açıqlamışdı.
Məlumata görə, bu maliyyə dəstəyi "Columbia" sinifli strateji raketdaşıyan atom sualtı qayıqlarının, "Virginia" sinifli hücum tipli atom sualtı qayıqlarının, eləcə də "Ford" sinifli aviadaşıyıcıların inşasında istifadə olunacaq əsas komponentlərin istehsalına yönəldiləcək.
Layihə çərçivəsində aparıcı tərsanələrin və təchizatçı şirkətlərin də fəaliyyətinin gücləndirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: