Çin neft qarşılığında İranda infrastruktur obyektləri tikir?

6-10-2025, 09:41 91 dəfə baxılıb

 

İran neftinin Çinə tədarükü barter sxemi əsasında həyata keçirilir və bu sxemə əsasən, Çin İranda infrastruktur obyektləri tikir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” Qərb ölkələrinin rəsmilərinə istinadən məlumat yayıb.


Bildirilib ki, İran neftinin tədarükündə Çinin sığorta şirkəti “Sinosure” və maliyyə təşkilatı “Chuxin” iştirak edir.

Ətraflı


Əməliyyatlar beynəlxalq bank sistemindən kənarda aparılır və ödənişlərin bir hissəsi infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Ötən il ərzində İran nefti üçün ödənilən vəsaitdən təxminən 8,4 milyard ABŞ dolları Çin tərəfindən İranda inşa edilən iri infrastruktur layihələrinə sərf olunub.


Nəşr yazır ki, Çin XXI əsrin əvvəlindən bəri İranda infrastruktur tikintisinə təxminən 25 milyard dollar investisiya qoymağı öhdəsinə götürüb. 2021-ci ildən bəri Çin tərəfindən İranda görülən infrastruktur işlərinin həcmi isə daha da artıb.


Qeyd olunub ki, İran neft satışından əldə etdiyi gəliri Çin məhsullarını birbaşa almaq üçün də istifadə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031