Durov Qazaxıstanda süni intellekt laboratoriyası açdı

3-10-2025, 12:48 117 dəfə baxılıb

 

“Telegram” messenceri və “VKontakte” sosial şəbəkəsinin təsisçisi Pavel Durov Qazaxıstanda “Alem AI” adlı süni intellekt laboratoriyası açıb.


“Yenisirvanli.info.az” Qazaxıstanın “Tengrinews” portalına istinadən xəbər verir ki, P.Durov bu barədə məlumatı Astanada keçirilən “Digital Bridge 2025” beynəlxalq forumunun plenar iclasında açıqlayıb.


Onun sözlərinə görə, həmin laboratoriyanın ilk layihəsi “Telegram”la ölkənin Süni İntellekt Nazirliyi tərəfindən yaradılan superkompüter klasteri arasında əməkdaşlıq olacaq: “Bu texnologiya bir milyarddan çox insana süni intellekt funksiyalarından məxfi, şəffaf və səmərəli şəkildə istifadə etməyə imkan verəcək”.


P.Durov forum çərçivəsində həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031