Suriyada Bəşər Əsədin qiyabi həbsinə order verildi

27-09-2025, 20:35 81 dəfə baxılıb

 

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin qiyabi həbsinə order verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı “SANA” agentliyi yayıb. 


Bildirilib ki, Əsəd barəsində 2011-ci ildə Dəra əyalətində baş verən hadisələrə dair ittihamlar üzrə həbs qərarı çıxarılıb. 


Keçmiş prezident qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncələr verməkdə və həbslərdə ittiham olunur. 


Qeyd edək ki, 2011-ci ildə Dəra əyalətində hökumət əleyhinə aksiyalar keçirilib. Bunların qarşısının alınması ilə bağlı keçirilən əməliyyatlarda onlarla insan həlak olub. 


Onu da xatırladaq ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031