Macarıstan "Antifa"nı terror təşkilatı elan etdi

26-09-2025, 14:36 83 dəfə baxılıb

 

Macarıstan hökuməti "Antifa" hərəkatını terror təşkilatı elan edib.


Oxu.Az "Radio Kossuth" xəbər verir ki, bu barədə Baş nazir Viktor Orban bəyan edib.


"Antifa" və ona bağlı təşkilatlar terror təşkilatlarıdır. Onlar indi cinayət törətməsələr də, əvvəlcədən onlara qarşı tədbirlər görülməlidir", - deyə o bildirib.


Orban ölkə hakimiyyətinin terror təşkilatlarının milli siyahısını tərtib edəcəyini açıqlayıb.


Keçən həftə Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa məktub göndərərək, "Antifa"nın üzvlərini terrorçu kimi tanımağa çağırıb.


Xatırladaq ki, sentyabrın 19-da Niderland parlamentinin aşağı palatası "Antifa"nın terror təşkilatı kimi tanınması barədə qətnaməni təsdiqləyib. Məlumata görə, zorakı solçu radikal fəallara aid olan qətnaməni bir neçə siyasi partiya dəstəkləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031