“Starbucks” yüzlərlə mağazasını bağlayır

26-09-2025, 09:33 89 dəfə baxılıb

 

Amerikanın məşhur qəhvə brendi “Starbucks” Şimali Amerikadakı 400 mağazasını bağlamağa və bununla əlaqədar 900 nəfər əməkdaşını ixtisar etməyə qərar verib.


“Yenisirvanli.info.az”ın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin baş direktoru Brayan Nikkol açıqlama verib.


O bildirib ki, bağlanacaq mağazalar, əsasən, səmərəliliyi aşağı olan və artıq şirkətin strateji hədəflərinə uyğun gəlməyən məkanlardır.


Hazırda “Starbucks”ın regionda 18734 mağazası mövcuddur. Planlaşdırılan bağlanmalardan sonra bu sayın sentyabrın sonunadək 18300-ə enəcəyi gözlənilir. Yəni bu, şirkətin ümumi şəbəkəsinin təxminən 1%-nin azaldılması deməkdir.


Nikkol bildirib ki, “Starbucks” mağazaları təkcə qəhvə satışı nöqtəsi deyil, həm də sosial əlaqələrin qurulduğu məkandır və belə qərarlar asanlıqla verilmir.


Bununla belə, şirkət daha dayanıqlı və effektiv fəaliyyət üçün struktur dəyişikliklərinə ehtiyac duyur.


İşçilərin ixtisarı ilə bağlı “Starbucks” qeyd edib ki, təsirlənən əməkdaşlara müxtəlif dəstək proqramları, müavinətlər və şirkət daxilində yeni vakansiyalara keçid imkanı təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031