“Müharibə bitdikdən sonra istefa verməyə hazıram”

25-09-2025, 15:38 134 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, o bu barədə “The Axios Show” proqramına müsahibəsində danışıb. 


Jurnalistin “Hərbi əməliyyatlar başa çatdıqdan sonra öz işinizi tamamlanmış hesab edirsinizmi” sualına cavab verən Zelenski istefaya getməyə hazır olduğunu qeyd edib. O, həmçinin atəşkəsdən sonra Ali Radaya seçkilərin keçirilməsi ilə bağlı müraciət etməyə hazır olduğunu da vurğulayıb. 


Ukrayna liderinin sözlərinə görə, onun məqsədi növbəti prezident seçkilərində iştirak etmək yox, müharibəni bitirməkdir. 


Qeyd edək ki, V.Zelenskinin 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə hazırda hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər təşkil edilməyib. Ukraynada hərbi vəziyyət rejimi isə 2022-ci ilin fevralında elan edilib və həmin tarixdən müddəti mütəmadi olaraq uzadılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031