Səudiyyə Ərəbistanının ali dini lideri şeyx Əbdüləziz Əş-Şeyx vəfat etdi

23-09-2025, 19:45 81 dəfə baxılıb

 

Səudiyyə Ərəbistanının kral sarayı ölkənin baş müftisi, Böyük Alimlər Şurasının sədri şeyx Əbdüləziz ibn Abdullah bin Muhəmməd Əş-Şeyxin vəfatını elan edib.


Yenisirvanli.info.az  xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) yayıb.


Rəsmi açıqlamaya görə, mərhumun cənazə namazı bu gün Riyadda, İmam Turki bin Abdullah məscidində əsr namazından sonra qılınacaq.


Qeyd edək ki, 81 yaşında vəfat edən şeyx Əbdüləziz Əş-Şeyx 1999-cu ilin may ayından etibarən Səudiyyə Ərəbistanının baş müftisi vəzifəsini icra edirdi. O, bu posta mərhum şeyx Əbdüləziz bin Bazın vəfatından sonra təyin olunmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031