Türkiyənin istefada olan briqada generalı "F-35"in bilinməyən özəlliyini açıqladı

21-09-2025, 15:14 81 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Donald Trampla aparacağı danışıqların mövzularından biri də "F-35" qırıcıları olacaq.


Yenisirvanli.info.az  bildirir ki, "Haber Global" telekanalının mövzuya dair süjetində "F-35" layihəsindən çıxarılmış Türkiyənin sözügedən qırıcıları yenidən əldə etmək imkanı müzakirə edilib.


İstefada olan briqada generalı Esat Arslan xatırladıb ki, Türkiyə 2019-cu ilədək "F-35" layihəsinin tərəfdaşı olub.


O, "F-35" qırıcılarının özəlliklərindən danışaraq bildirib ki, bu təyyarələr silahlarını açıq şəkildə deyil, qapalı şəkildə, içəridə daşıyırlar.


Arslan həmçinin vurğulayıb ki, "F-35"lər müəyyən mərkəzdən idarə edilirlər:


"Yəni pilot qırıcıya oturan zaman Vaşinqtondan kod gəlmədiyi müddət ərzində onu idarə edə bilməz".


Ekspert "F-35" qırıcılarının ən böyük özəlliyinin isə radarlarda görünməməsinin olduğunu söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031