ABŞ İrana qarşı sanksiyaları genişləndirib

16-09-2025, 21:39 73 dəfə baxılıb

 

ABŞ dörd fiziki şəxsə və 12 şirkətə qarşı sanksiya tətbiq edib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.


Bildirilir ki, sanksiyaya məruz qalan fiziki şəxslərin hamısı İran vətəndaşlarıdır. Onlardan ikisinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olduğu qeyd edilir.


Nazirliyin məlumatına görə, SEPAH-la bağlantılı şəxslər Araş Estaki Əlivənd və Əlirza Deraxşan İran Müdafiə Nazirliyinin maraqlarına uyğun fəaliyyət göstəriblər.


Digər iki nəfər isə Birləşmiş Ərəb Əmirliklərində yerləşən və artıq sanksiya tətbiq olunmuş "Alpa Trading - FZCO" şirkəti ilə əlaqədə şübhəli bilinir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031