KİV: "İsrailin Qəzzaya hücumu zamanı azı səkkiz nəfər ölüb"

16-09-2025, 08:15 137 dəfə baxılıb

 

İsrailin gecə saatlarında Qəzzaya hücumu zamanı azı səkkiz nəfər ölüb.


Yenisirvanli.info.az  "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bombardman nəticəsində 50-dən çox insan xəsarət alıb.


03:08


İsrail Ordusu Qəzza şəhərinə genişmiqyaslı quru hücumuna başlayıb.


Yenisirvanli.info.az  bildirir ki, bu barədə İsrail rəsmilərinə istinadən "Axios" portalı məlumat yayıb.


Məlumata görə, hazırda zolağın bütün istiqamətlərində güclü partlayış səsləri eşidilir. Əməliyyatın HƏMAS-ın tamamilə məhv edilməsinə yönələcəyi iddia edilir.


Ötən həftənin əvvəlində İsrailin Baş naziri Netanyahu Qəzza zolağındakı bütün mülki əhalini öz ərazisini tərk etməyə və cənuba humanitar zonalara getməyə çağırmışdı.


Cəmi bir neçə saat əvvəl Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Yerli media iddia edir ki, o, ABŞ-nin İsrailin qarşıdan gələn əməliyyatını dəstəklədiyini, lakin onun tez bir zamanda həyata keçirilməsini istədiyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031