Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15-09-2025, 22:17 95 dəfə baxılıb

 

2025-ci ilin iyununda "Air India" şirkətinə məxsus "Boeing 787" təyyarəsinin qəzasından sağ çıxan yeganə şəxs uçmaqdan çox qorxduğu üçün heç vaxt Böyük Britaniyaya qayıtmaya bilər.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.


Məlumata görə, Lesterdən olan iş adamı, "Air India" qəzasından yeganə sağ çıxan 40 yaşlı Vişvaş Kumar Rameş hələ də Hindistanda qalmağa davam edir və ailəsinin dediyinə görə, uçmaq qorxusu səbəbindən çətin evə qayıda bilsin.


Rameş özünün 11A oturacağından dağıntılar altından xilas ola bilib, lakin döş qəfəsindən xəsarət alıb və üzündə kəsiklər olub. Onun arvadı Hiral ərinə dəstək olmaq üçün dörd yaşlı oğlu ilə Hindistana uçsa da, daha sonra Böyük Britaniyaya qayıdıb. Qadının sözlərinə görə, əri hələ də müalicə alır və konsultasiyalardan keçir.


Rameşin qaynı qeyd edib ki, ailəsi onun Lesterə və ya Londona dönə biləcəyinə inanmır. "Düşünürəm ki, o, orada qalacaq, çünki o, yenidən təyyarəyə minməkdən çox qorxur", - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031