Trampın Çinə səfəri baş tutmaya bilər

14-09-2025, 19:52 120 dəfə baxılıb

 

Tərəflər ticarət məsələlərində hələ də yekdil fikrə gələ bilmədiklərinə görə Ağ Ev ABŞ Prezidenti Donald Trampın Çin Sədri Si Cinpinlə zirvə görüşü üçün Pekinə gəlməsi dəvətinə hələ cavab verməyib.


Yenisirvanli.info.az. bu barədə "Financial Times" nəşrinə istinadla xəbər verir.


Sentyabrın 14-də Madriddə ölkələr arasında ticarət danışıqlarının dördüncü raundu keçiriləcək, bundan sonra Trampın Çinə səfəri gözlənilirdi.


İki lider arasında mümkün görüş barədə məlumatlar ABŞ-nin dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin son günlər çinli həmkarları ilə danışmasından sonra yayılmağa başlayıb.


Bununla belə, nəşr mənbələrə istinadən yazır ki, danışıqlarda kifayət qədər irəliləyiş olmadığı üçün sammit sual altındadır.


Mənbələr bildirirlər ki, Tramp və Si oktyabrın 31-də Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində "daha az rezonanslı" görüş keçirə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031