Tramp siyasi fəal Kirkin qətlindən sonra məmurları qorumaq üçün əlavə vəsait istəyir

14-09-2025, 11:46 139 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə Konqresinə siyasi fəal Çarli Kirkin qətlindən sonra məmurların təhlükəsizliyini təmin etmək üçün 58 milyon dollar məbləğində əlavə maliyyə ayrılması üçün müraciət ünvanlayıb.


Yenisirvanli.info.az  bildirir ki, bu barədə "Bloomberg" agentliyi Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.


"Tramp administrasiyası Konqresdən mühafizəkar fəal Çarli Kirkin qətlindən sonra hökumətin icra və məhkəmə qollarının təhlükəsizliyini gücləndirmək üçün əlavə 58 milyon dollar ayrılmasını istəyir", - deyə məlumatda bildirilir.


Bu məbləğ lazım gələrsə, qanunvericilərin təhlükəsizliyinin təmin edilməsi xərclərini də ödəyəcək. Ehtimal olunur ki, müvəqqəti qanun layihəsinə dəyişikliklə bağlı bu təklifə cari il sentyabrın 30-dək baxılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031