NATO ölkələri Litvaya qoşun və hərbi texnika göndərirlər
NATO ölkələri Litvaya qoşun və hərbi texnikanın göndərilməsi üzrə təlimlərə başlayıblar.
Yenisirvanli.info.az TASS-a istinadən xəbər verir ki, bu barədə Niderlanddakı Müttəfiqlər Komandanlığı məlumat yayıb.
Məlumata görə, "Böyük Qartal 2025" təlimləri NATO-nun şərq qüvvələrinin döyüş hazırlığını gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, bu təlimləri avqustun 18-dən sentyabrın 30-dək Almaniya, Litva, Finlandiya və Baltik dənizində keçirilən daha böyük "Quadriga 2025" təlimlərinin bir hissəsidir. Onlara 14 ölkədən 8 000-dən çox hərbi qulluqçu, 40 gəmi, 30 təyyarə və 1 800-dən çox texnika cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: