Pentaqondakı İran casusu

13-09-2025, 15:10 119 dəfə baxılıb

 

Ötən həftə ABŞ Senatının üzvü Tom Kotton Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patelə və müdafiə naziri Pit Heqsetə məktub yazaraq ölkənin kəşfiyyat strukturlarında fəaliyyət göstərən İran casusları ilə bağlı araşdırma aparmağa çağırıb.



Müəllif bildirir ki, senator Tom Kotton ABŞ-nin milli təhlükəsizliyi ilə əlaqəli məlumatların xarici dövlətə ötürülməsi ehtimalını vurğulayaraq, ABŞ vətəndaşı olan şəxslərin düşmən dövlətin maraqlarına xidmət etmək üçün ölkənin siyasətinə təsir göstərə bilməsi ilə bağlı narahatlığını ifadə edib.


"Bu barədə "Nyu-York Post" qəzetinin eksklüziv məlumatında bildirilib. Qəzetin yazdığına görə, senatorun məktubunda "İranlı Ekspertlər Təşəbbüsü" adlı təşkilatın qurucu üzvü Ariyən Təbatəbayinin adı xüsusi qeyd olunub və bildirilib ki, o, Baydenin prezidentliyi dövründə Dövlət Departamentində rəhbər vəzifədə çalışıb və hal-hazırda Pentaqonda siyasi məsələlər üzrə baş məsləhətçi kimi işləməkdə davam edir", - videosüjetdə qeyd olunur.



Müəllif vurğulayır ki, Bayden administrasiyası "İranlı Ekspertlər Təşəbbüsü" və İran hökuməti ilə bağlı olan məmurları işdən azad etmək barədə respublikaçıların dəfələrlə etdiyi çağırışlara məhəl qoymadığı üçün indi Federal Təhqiqatlar Bürosu və Müdafiə Nazirliyi bu səhvi düzəltməlidir:



"Müdafiə Nazirliyinin nümayəndəsi "Nyu-York Post"a açıqlamasında senatordan bu məzmunda məktub aldıqlarını təsdiqləyib və bildirib ki, məktubun cavabı birbaşa senatorun ofisinə təqdim olunacaq. Qeyd edək ki, keçmiş hərbçi olan Tom Kotton Respublikaçılar Partiyasının ən nüfuzlu üzvlərindən biridir və Senatın kəşfiyyat üzrə komitəsinə rəhbərlik edir, buna görə onun İran casusları barədə dediklərinin, o cümlədən Ariyən Təbatəbayiyə yönəlik ittihamlarının, necə deyərlər, havadan götürüldüyünü düşünmək olmaz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031