Böyük Britaniya da Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Böyük Britaniya hakimiyyəti Rusiyaya qarşı sanksiyaların siyahısını 30 maddə ilə genişləndirib.
Yenisirvanli.info.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda bildirilir.
"Rusiyaya qarşı sanksiya paketinə 70 yeni dəqiqləşdirmə və 30 yeni bənd əlavə edilib", - sənəddə qeyd olunub.
09:32
Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib və Rusiya neftinin qiymətinin bir barel üçün 47.6 dollara endirilməsi barədə qərar qəbul edib.
Yenisirvanli.info.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmçinin, Yeni Zelandiya 19 fiziki və hüquqi şəxsə məhdudlaşdırıcı tədbirləri genişləndirərək yeni anti-Rusiya sanksiyaları tətbiq edib. Bundan əlavə, Rusiya neft sektoru ilə əlaqəli 19 gəmi məhdudiyyətlərə məruz qalıb.
Eyni zamanda, Yaponiya Nazirlər Kabinetinin dərc etdiyi sənədlərə əsasən, Tokio da öz növbəsində Rusiyaya və üçüncü ölkələrin şirkətlərinə qarşı sanksiyaları genişləndirir və Rusiya neftinin qiymət həddini bir barel üçün 47.6 dollara endirir.
Yaponiya həmçinin Rusiyadan 14 fiziki şəxsə, 48 şirkət və təşkilata sanksiya tətbiq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: