ABŞ Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır

9-09-2025, 20:51 84 dəfə baxılıb


ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsinin yalnız Avropa İttifaqının (Aİ) dəstəyi ilə mümkün olduğunu bildirib.

Yenisirvanli.info.az xəbər verir ki, bu barədə o, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan ilə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.

"Həmişəki kimi biznes kömək etməyib. Biz Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırıq, lakin bizim avropalı tərəfdaşlarımız onların uğurlu olması üçün bizə tam qoşulmalıdırlar", - deyə Bessent qeyd edib.

O bildirib ki, həm ABŞ, həm də Aİ Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini başa düşür.

"Biz ABŞ Prezidenti Donald Trampın sülh danışıqlarının aparılmasına dəstək strategiyasının bütün mümkün variantlarını nəzərdən keçirməyə davam edirik", - deyə o əlavə edib.

Bundan əvvəl ABŞ-nin energetika naziri Kris Rayt bildirmişdi ki, Avropa ölkələri Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları gücləndirməsini istəyirlərsə, Rusiyadan neft və qaz almağı dayandırmalıdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031