Netanyahudan Qəzza sakinlərinə XƏBƏRDARLIQ: "Şəhəri tərk edin"

9-09-2025, 12:33 120 dəfə baxılıb

 

"İsrail ordusu yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər".

Oxu.Az xəbər verir ki, belə bir xəbərdarlıqla yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu çıxış edib.

Onun ofisi hökumət başçısının videomüraciətini yayıb.

Netanyahu xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.

"Bütün bunlar yalnız bir başlanğıcdır. Fürsətdən istifadə edərək Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031