Rusiyanın “Elastik” zavodunda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb

19-08-2025, 10:45 240 dəfə baxılıb

 

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

“Lesnoy qəsəbəsində aparılan xilasetmə əməliyyatları zamanı daha bir şəxsin meyiti çıxarılıb. Zərəçəkənlərin ümumi sayı 158 nəfərdir, onlardan 25 nəfər ölüb”, – məlumatda deyilir.

Qeyd edək ki, hadisə avqustun 15-də səhər saatlarında baş verib. Müəssisənin istehsalat sexlərindən birində alışma və ardınca yanğın baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031