Putin Rusiya tarixində ilk dəfə Trampla görüşmək üçün Alyaskaya səfər edir

15-08-2025, 10:08 557 dəfə baxılıb

 

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-ın ən şimalındakı Alyaska ştatına gedir.

 Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıtmasından sonra onların ilk görüşü olacaq.

Bu görüş həm də tarixdə, o cümlədən Rusiya imperiyası və SSRİ dövründə Rusiya liderinin Alyaskaya ilk səfəri olacaq.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Rusiya və ABŞ yaxın qonşudurlar və rəsmi olaraq Rusiya nümayəndə heyətinə yalnız Berinq boğazını keçmək lazımdır, lakin faktiki marşrut əhəmiyyətli olacaq. Belə ki, Putinin təyyarəsi 11 saat qurşağı və şərti tarix xəttini keçərək təxminən 7 min km məsafəni qət edəcək.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031