Tramp Zelenski ilə bu dəfə onlayn görüşəcək

13-08-2025, 10:00 89 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Jey Di Vens avqustun 13-də Ukrayna lideri Volodimir Zelenski və Aİ liderləri ilə distant formada danışıqlar aparacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə NBC xəbər verib.
Görüş iki mərhələdə keçiriləcək: əvvəlcə Aİ Zelenski ilə danışıqlar aparacaq, sonra Amerika nümayəndə heyəti qatılacaq. Daha sonra Zelenski tərəfdaş ölkələrlə ayrıca görüş keçirəcək.
“Danışıqlar Alyaskada keçiriləcək Tramp-Putin sammiti öncəsidir və burada hərbi əməliyyatların dayandırılması müzakirə olunacaq”, – NBC iddia edir.
Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.
Danışıqların əsas mövzusu Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışıdır. Rəsmi Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031