Tokayev, Putinin təkidlə təklif etdiyi, Rusiyanın ən önəmli Aleksandr Nevski ordenindən imtina etdi

8-08-2025, 11:20 608 dəfə baxılıb

Tokayev, Putinin təkidlə təklif etdiyi, Rusiyanın ən önəmli Aleksandr Nevski ordenindən imtina etdi. Ancaq ki, Türkiyədə Ərdoğanın təltif etdiyi Dövlət Nişanını qəbul etdi. Və bu yalnız sadəcə diplomatik jest deyildi. Bu, həm də, bir işarə idi.
2022-ci ilin iyununda Qasım Comərd Tokayev Moskvada nəzakətlə, lakin qəti şəkildə Putinin ona layiq görmək niyyətində olduğu Aleksandr Nevski ordenindən imtina edib tam, açıq dedi: “Mən, Prezident vəzifəsində çalışarkən heç bir mükafat qəbul etmirəm”. Bəli, mükafat almırdı.
Ancaq, Ankarada prinsipindən bir istisna etdi. Rəcəb Tayyib Ərdoğanın əlindən Türkiyənin ən yüksək ordenini-Dövlət Nişanını isə qəbul etdi. Müstəmləkəçidən deyil, Qardaşdan qəbul etdi. Vassal keçmişin simvolunu rədd edərək, Birlik gələcəyinin simvolunu qəbul etdi. Qızıl Ordanın qolunu (Rus) rədd edib, özünü (Türk) qəbul etdi.
Çünki Qazax Türkü üçün "Nevski" ordeni təslim olmaq, "Dövlət" ordeni isə, milli Dövlətin adıdır. Çünki Qızıl Orda xalqı hansısa bir şəxsin adına bir mükafatı qəbul edə bilməzdi. Amma Qardaş hörmət İşarəsini Qan və Ruh baxımından bütün imperiyaların bir araya gətirdiyindən daha yaxın olan bir ölkə-Türk dövlətindən qəbul etmək olar.
Bu, Turan tərəzisinin diplomatiyasıdır. Əvvəlcə keçmişi yola salıb, sonra gələcəyi qəbul etmək.
"""""""""""
Bunu qardaş Qazaxstan jurnalisti yazıb, yüksək milli əhvalla, Ankaradan etdiyi reportaj fonunda (mənsə tərcümə və bir qədər də, düzəliş etdim). Görürsünüzmü, Qazaxıstanda olan bu, türk milli ruhunu qardaş Türkiyədəki qəbulla göyə ucalan. Bu, həmin ruhdur, bizim Azərbaycan təyyarəsini Rusiya vurub, Aktauya salanda, Qazax xalqının, dövlətinin bizə yönlü qardaş təəssüb, qayğısını, Rusiyaya qarşı ittihamlarını, qınağını coşduran.
Ilqar Altay
TEREF






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031