Pentaqon Ukrayna üçün raketlər alacaq

1-08-2025, 11:15 77 dəfə baxılıb

 

Pentaqon Amerikanın müdafiə şirkəti “Raytheon Technologies” ilə AMRAAM orta mənzilli “hava-hava” raketlərinin istehsalı üçün 3,5 milyard dollara qədər müqavilə imzalayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Razılaşma “Raytheon Technologies Corp”.un Arizona ştatının Tuson şəhərindəki bölməsi ilə bağlanıb və mümkün təşviq ödənişləri ilə sabit qiymət nəzərdə tutur. Müqavilə qırıcılar üçün nəzərdə tutulmuş qabaqcıl orta mənzilli raketlərin istehsalını planlaşdırır.

Sənədə əsasən, raketlər təkcə Ukraynaya deyil, həm də bir sıra digər ölkələrə, o cümlədən Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə tədarük ediləcək.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031