Trampın Şotlandiyada qolf medyançası istifadəyə verildi

30-07-2025, 13:02 193 dəfə baxılıb

ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya 5 günlük səfərinin sonunda Aberdin şəhəri yaxınlığında öz şirkətinə məxsus qolf meydançasını təntənəli şəkildə açıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı xəbər verir.

Mərasimdə prezidentin oğulları Erik Tramp və kiçik Donald Tramp iştirak ediblər.

Meydança ABŞ prezidentinin Şotlandiyada doğulmuş anası Meri Enn Maklud Trampın şərəfinə "MacLeod Course" adlandırılıb.

18 dəlikli meydançanın tikintisi 2023-cü ildə başlanıb və avqustun 13-də ziyarətçilərin üzünə açılacaq.

Tramp ilk qolf klubunu 1999-cu ildə Floridada açıb. Hazırda onun ABŞ, İrlandiya, Şotlandiya, İndoneziya, Oman və BƏƏ-də olmaqla 19 qolf klubu fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031