Polşa dövləti vətəndaşlarına çağırış etdi: "Rusiyanı tərk edin"!!

23-07-2025, 10:10 83 dəfə baxılıb

 

Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, nazirlik müvafiq bəyanatı öz saytında yerləşdirib.Polşa XİN vətəndaşlara “Rusiyaya hər hansı səfərdən çəkinməyi” də tövsiyə edir: “Şəxsi, ailə və ya peşə şəraitinin ölkədə qalmasını tələb etdiyi hallar istisna olmaqla, Rusiyada yaşayan Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələrini tövsiyə edirik. Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər”.

Nazirlik bu addımı Rusiyanın Sankt-Peterburq və Kalininqraddakı baş konsulluqlar üçün iş icazəsini ləğv etmək qərarı ilə əlaqədar bu ölkədə Polşa diplomatik və konsulluq işçilərinin sayında davam edən azalma ilə izah edib. Modern.az



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031