Xamineyindən gözlənilməz hərəkət: Millətçilik xətti gücləndirilir?

7-07-2025, 12:05 895 dəfə baxılıb

 

İranın dini lideri üzun bir aradan sonra üzə çıxıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Əli Xamineyi 22 gün aradan sonra Tehranda keçirilən Tasua mərasiminə qatılıb.

Bu vaxta kimi onun Israillə müharibə səbəbindən sığınacaqda qaldığı qeyd edilirdi.

Xamineyinin tədbirdə iştirakı və bəzi açıqlamaları diqqət çəkib. O, ilk dəfə Məhərrəmlik mərasimin protokolunu pozaraq, mərsiyyə deyilməsini dayandırıb və daha çox İranla bağlı mahnı və mədhiyyələrin oxunmasını istəyib. Həmin tədbirdə İranın ikinci himni kimi qəbul edilən “Ey İran” mahnısının səsləndirilməsi ölkədə birmənalı qarşılanmayıb.

Əksər ekspertlər iddia edirlər ki, Xamineyinin bu hərəkəti İranda millətçiliyin təşəkkülü üçün nəzərədə tutulub. Onlar deyirlər ki, həmişə iranpərəstlikdən danışan İranın dini liderinin məhz bu ritorikaya keçidi, mahiyyət etibarı ilə hakimiyyəti qorumaq cəhdidir. Ekspertlər o qənaətədirlər ki, İsraillə 12 günlük müharibədən sonra rejim ciddi sıxıntı içində olduğunun fərqlindədir və bu prosesi keçmək üçün alternativlər axtarırlar.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031