Türkiyədə meşə yanğınları ilə bağlı 10 nəfər həbs edilib

1-07-2025, 10:00 142 dəfə baxılıb

 

Türkiyədə iyunun 1-dən indiyədək 1 516 meşə yanğını baş verib, onlardan 1507-si nəzarət altına alınıb.

  Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün 150-yə yaxın təyyarə, 25 min nəfər və 6 minə yaxın yerüstü texnika çalışır: “Müxtəlif əyalətlərdə baş verən yanğınların bəziləri nəzarət altına alınıb. Doqquz yanğın hələ də davam edir və onunla mübarizə aparılır. Biz yaranmış vəziyyətlə mübarizə aparmaq üçün 27 təyyarə, 105 helikopter və 14 pilotsuz uçuş aparatından istifadə edirik. Təxminən 6000 su maşını, nəqliyyat vasitəsi və təcili yardım maşını cəlb olunub. Həmçinin yanğınlarda 25 min qəhrəmanımız çalışır. Təyyarələrimiz və helikopterlərimiz ümumilikdə 10260 uçuş həyata keçirib, 33200 ton su buraxıb”.

Ərdoğan əlavə edib ki, yanğın törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb, onlardan 10-u həbs edilib, 10-u məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031