“ABŞ zərbələrdən iki saat əvvəl İrana xəbərdarlıq edib”

30-06-2025, 14:44 164 dəfə baxılıb

 

Vaşinqton hücumdan iki saat əvvəl Tehrana İranın nüvə obyektlərinə zərbə endirmək niyyəti barədə xəbərdarlıq edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “X” sosial şəbəkəsində yazıb.

“Aydınlaşdırmaq istərdim. ABŞ nüvə obyektlərinə zərbə endirməzdən iki saat əvvəl İrana hücum barədə xəbərdarlıq edib”, – o qeyd edib.

Amerika lideri Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İslam Respublikası rəsmiləri ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində olduğunu son ana qədər bilmirdilər. Tramp həmçinin deyib ki, ABŞ-nin Fordodakı nüvə obyektinə hücum edəcəyini heç kim təsəvvür edə bilməz, çünki o, keçilməz hesab olunurdu.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031