İran rejimi parçalanıb, çökəcək – Pəhləvi çağırış etdi

14-06-2025, 09:48 311 dəfə baxılıb

 

İran rejimi zəifdir, parçalanmışdır və çökə bilər.
 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri İranın devrilmiş şahının oğlu Rza Pəhləvi X-də yazıb.
“Əli Xamenei və onun səriştəsiz və cinayətkar quldurları ehtiyatsızlıqla nüvə silahı əldə etməyin ardınca İranı müharibəyə sürükləyiblər və İran xalqını təhlükə altına atıblar. Onlar məsuliyyət daşıyırlar. Amma rejim zəifdir və parçalanmışdır. O, çökə bilər. Həmvətənlərimə dediyim kimi, İran sizindir və siz onu geri alacaqsınız”, – o bildirib.
O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edərək, onları “ölməkdə olan terrorçu rejimə başqa bir həyat ipi atmamağa” çağırıb.
Qeyd edək ki, İsrail bu gündən İrana qarşı genişmiqyaslı hava zərbələrinə başlayıb. İsrail ordusu nüvə və hərbi obyektləri vurur.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031