İran ordusu əks-hücum planı hazırlayıb

12-06-2025, 11:12 209 dəfə baxılıb

 

İran İsrailin mümkün hücumuna dərhal cavab verəcəyini açıqlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “The New York Times“ mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, İran ordusu və hökumət rəsmiləri İsrailin hücumu halında cavab tədbirləri müzakirə ediblər.

“İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailin ərazisinə dərhal əks hücumu nəzərdə tutan cavab planı hazırlayıb”, -qeyd edilib.

Qeyd edək ki, daha əvvəl CBS telekanalı məlumat yayıb ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa hazır olması barədə məlumat alıblar.

“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.

Ötən gün İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-la müharibə olacağı təqdirdə Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarına hücum edəcəyini bildirib.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031