Rusiyada miqrantlara 1-dən çox telefon nömrəsi işlətmək qadağan edilə bilər

24-05-2025, 10:42 112 dəfə baxılıb

Rusiyada miqrantlara birdən çox telefon nömrəsinin, SIM kartın olmasını qadağan etmək təklifi irəli sürülüb...

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov əcnəbilərə birdən çox abunəçi nömrəsinin olmasını qadağan edən qanun layihəsi hazırlayıb. Sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib”, - məlumatda deyilir.
Qanun layihəsinə verilən izahat qeydinə əsasən, Rusiya ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SIM kartlara sahiblik hüququnun məhdudlaşdırılması tədbirləri terrorizm, casusluq, fırıldaqçılıq və kibertəhlükələrlə bağlı artan təhlükələr nəzərə alınmaqla həyata keçirilməlidir.
Qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.
“Bu qanun layihəsinin qəbulu bizə müasir çağırışlara və təhdidlərə effektiv cavab verməyə, xarici vətəndaşların kommunikasiyalarına nəzarəti təmin etməyə imkan verəcək”, - izahatda deyilir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031