Avropa İttifaqı Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etdi

21-05-2025, 10:49 174 dəfə baxılıb

 

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi ilə bağlı qərarın verildiyini açıqlayıb.

Yenisirvanli.İnfo.Az xarici mediaya istinadən xəbər verir ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları 2011-ci ilin mayında vətəndaş müharibəsindən sonra başlayıb.

Kallas, Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısının ardından sosial media hesabından verdiyi açıqlamada bu sözləri deyib: "Bu gün Suriyaya tətbiq etdiyimiz iqtisadi sanksiyaları ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın qurulmasında kömək etmək istəyirik”.

Kallas Aİ-nin Suriya xalqının yanında olmağa davam edəcəyini bildirib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də qərarı alqışlayıb: "AB-nin Suriyaya tətbiq etdiyi sanksiyaları aradan qaldıraraq, Suriya xalqı ilə birlikdə yeni bir tarixi uğur əldə etdik. Bu qərar Suriyada təhlükəsizlik, sabitlik və rifahı artıracaq".Sitat.info


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031