Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir - 150 milyardlıq silah fondu

20-05-2025, 10:18 206 dəfə baxılıb

Avropa İttifaqının silahlanma üçün militarizasiya fondu yaratması, onun büdcə həcmi üçün 150 milyard avro təyin etməsi Transatlantik mənzərədəki ziddiyyətlərdən qaynaqlanır.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında siyasi ekspert Aqşin Kərimov deyib.

Hadisəni geosiyasi kontekstdə şərh edən ekspert deyib ki, Avropa İttifaqında ABŞ-yə münasibətdə nisbi əks cəbhədə dayanan Fransa, Almaniya, Polşanın maraqlarını Böyük Britaniya idarə edir:

“Bu isə ABŞ-nin Ukrayna münaqişəsi arasında təhlükəsizlik nizamını müəyyən etmək planları ilə uzlaşmır. Nəticə olaraq Avropa İttifaqı sürətli və genişmiqyaslı transformasiya fonunda ABŞ Prezidenti Donald Trampla mövqe uyğunluğu qurmaqda çətinlik çəkir. Ukraynadakı müharibəyə yanaşmada özünü göstərən ixtilaflar Avropanın təhlükəsizlik düşüncəsini yenidən formalaşdırır. Çünki Avropa İttifaqı Tramp administrasiyası zamanında ABŞ-nin həlledici təhlükəsizlik yardımlarının azalacağı riskini təhlil edir. Buna görə də, Avropa İttifaqı boş dayanmır, üzv dövlətlər səviyyəsində müdafiə və təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün qəti addımlar atmağı hədəfləyir. Hərçənd nəzərə almaq lazımdır ki, ABŞ Avropanı Rusiyanın strateji maraqlarına bütövlükdə qurban verməyi prioritetləşdirmir”.

A.Kərimovun sözlərinə görə, Vaşinqton üçün əsas məsələ Avropanı Transatlantik norma və prinsiplərdən kənara çıxan yeni meyarlara tabe etdirməkdir:

“Görünür ki, bu, Avropa İttifaqında da ciddi təhlükəsizlik narahatlıqları yaradır. Ancaq məsələnin maliyyə yükünə Avropanın məsuliyyət daşıması bir tərəfdən ABŞ üçün də sərfəlidir. Çünki Donald Trampın iqtisadi-ticari şüuru Avropa üçün ABŞ-nin izafi xərclərə getməməyə hesablanmışdı. Beləliklə, ABŞ ortaya çıxan təşəbbüsü izafi xərclərin azaldılması və Rusiyanın ambisiyalarının cilovlanması baxımından alqışlayır. Digər tərəfdən ABŞ Avropa ilə Rusiyanı üz-üzə qoyaraq onların eskalasiya risklərini kənardan izləyir və idarə edir. Ancaq ABŞ Avropa İttifaqının bundan sonra hansı oyun qaydası quracağına şübhə ilə yanaşa bilər. Buna görə də, ABŞ qısa və uzunmüddətli çağırışları təsvir edən variantlar təklif edəcək. Ehtimalla ABŞ bunu Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi istiqamətindəki prioritetlərlə uyğunlaşdıracaq”.


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031