Zelenski Rusiyanın ultimatimuna cavab verdi
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ordusu Ukrayna ərazilərindən çıxarılmayacaq.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, onun sözlərinə görə, bu, həm onun, həm də hərbçilərin konstitusiya borcudur – ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq.
“Bəli, hazırda Rusiya təcavüzü nəticəsində işğal olunmuş ərazilər var. Amma heç kim öz torpaqlarını, ərazilərini, vətəndaşlarını təslim etməyəcək”, – deyə prezident brifinq zamanı bildirib.
Zelenski əlavə edib ki, bu məsələ dəfələrlə ABŞ-ın sabiq prezidenti Donald Tramp və onun komandası ilə müzakirə olunub.
Ukrayna lideri qeyd edib: “Əgər Rusiya ordumuzun öz torpaqlarımızdan çıxmasını tələb edirsə, bu o deməkdir ki, onlar atəşkəs istəmirlər. Çünki yaxşı bilirlər ki, Ukrayna buna getməyəcək.”
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: