Putin danışıqları uzadır – Trampın Ukraynadan imtina edəcəyinə ümid edir

19-05-2025, 18:44 206 dəfə baxılıb

 

The Wall Street Journal nəşrinin analitiki Emi Nayt yazır ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqları qəsdən uzadır. Onun əsas məqsədi isə ABŞ prezidenti Donald Trampın nəticədə Ukraynaya dəstəkdən imtina edəcəyinə ümid etməkdir.

Analitik xatırladır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin İstanbulda sülh danışıqları təklifinə Putin şəxsən cavab vermək əvəzinə, aşağı səviyyəli bir nümayəndə heyəti göndərib. Bu, onun həm Zelenskinin legitimliyini tanımamaq mövqeyinə, həm də zəif görünmək istəməməsinə bağlıdır.

“Putin özünü müharibə zamanı lider kimi görməkdən zövq alır və Ukraynanı ‘dost ölkə’ statusuna salana qədər bu münaqişəni davam etdirmək niyyətindədir,” – deyə Nayt qeyd edir.

Trampın mövqeyi və Rusiyanın ümidləri

Emi Nayt bildirir ki, əsas təhlükə Trampın bu vəziyyəti tam anlamaması və Putinin müharibəni dayandırmaq niyyətində olmadığını başa düşməməsidir. Putin, Trampın ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatları göndərməsinə son qoyacağına ümid edir.

“Putin istəyir ki, Tramp sülh danışıqlarını tərk etsin və Ukrayna ilə bağlı məsələlərdən uzaqlaşsın. O, bu yolla Rusiyanın irəliləməsinə və yeni ərazilər işğal etməsinə şərait yaratmağa çalışır”, – deyə məqalədə vurğulanır.

30 günlük atəşkəs çağırışı

Naytın fikrincə, Tramp açıq şəkildə Putinə bəyan etməlidir ki, əgər Rusiya 30 günlük atəşkəsə razılaşmazsa və öz şərtlərindən əl çəkməzsə, ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirəcək.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031