ŞOK: -Rusiyada Mayın 20-dən sürücülər 2 il müddətinə vəsiqələrindən MƏHRUM EDİLƏCƏK..

17-05-2025, 12:48 861 dəfə baxılıb

 

Rusiyada alkoqol və narkotik sərxoşluğu vəziyyətində sükan arxasına keçən sürücülərlə bağlı problem hələ də ciddi olaraq qalır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, rəsmilər bu təhlükəli tendensiyanın qarşısını almaq üçün daha sərt tədbirlərə əl atırlar.

2025-ci il mayın 20-dən etibarən Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi istisnasız olaraq bütün sürücüləri yoxlamağa başlayacaq və sərxoş halda avtomobil idarə edənlərin sürücülük vəsiqəsi 2 il müddətinə ləğv olunacaq.

Rusiya DİN-in məlumatına görə, 2024-cü ildə alkoqol və narkotik təsiri altında sükan arxasına keçən sürücülərin iştirakı ilə 11 485 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 0,4% azalma olsa da, ümumi qəza statistikasının təxminən 10%-ni təşkil edir.

Daha narahatedici göstərici isə budur ki, bütün ağır nəticəli qəzaların 20%-dən çoxu məhz sərxoş sürücülərlə bağlıdır./Bakupost.az


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031