Əkrəm İmamoğluna daha bir cinayət işi açıldı

14-05-2025, 10:21 173 dəfə baxılıb

 

Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində yeni cinayət işi açılıb.

Yenisirvanli.İnfo.Az “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bu dəfə ona qarşı irəli sürülən ittiham – “vəzifəli şəxsə vəzifəsi ilə əlaqədar hörmətsizlik” kimi qiymətləndirilir.

İddialara görə, İmamoğlu 23 mart tarixində “terror təşkilatına yardım” ittihamı ilə verdiyi ifadə zamanı səsləndirdiyi fikirlərə görə prokurorluq yeni araşdırma başladıb. O, həmin ifadəsində belə demişdi:
“Tam bir kumpas və pusqu düzəni quran iki prokurorun irəli sürdüyü ittihamlarla qarşı-qarşıyam. Bunların hamısı mənim üçün tullantıdır.”

İmamoğlu Sabah İfadə Verəcək

Yeni açılan cinayət işi çərçivəsində İmamoğlu sabah saat 13:00-da Silivri həbsxanasından SEGBİS (video bağlantı) vasitəsilə ifadə verəcək.

Qeyd edək ki, İmamoğlu hazırda “terror təşkilatına yardım” ittihamı ilə davam edən istintaq çərçivəsində həbsdə saxlanılır. Yeni istintaq isə siyasi gərginliyi daha da artıracağı ehtimal edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031