Aİ Rusiyaya qarşı sanksiyalar üçün Türkiyədəki danışıqları gözləyir

13-05-2025, 09:53 112 dəfə baxılıb

 

Avropa ölkələri ABŞ-dan yeni anti-Rusiya sanksiyaları tətbiq etməyi xahiş etməzdən əvvəl Ukrayna ilə bağlı mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qədər gözləmək qərarına gəliblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Bloomberg“ məlumat yayıb.

Mənbələrin sözlərinə görə, 12 mayda ABŞ Avropa rəsmilərini Rusiya və Ukraynaya Ankarada birbaşa danışıqlar aparmaq imkanı yaratmaq niyyəti barədə məlumatlandırıb.

Məhz bu danışıqlardan sonra Moskvaya qarşı təzyiqin artırılması məsələsi gündəmə gətiriləcək.

Əgər Vladimir Putin Volodimir Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya dərhal, qeyd-şərtsiz atəşkəslə razılaşmazsa, Avropa liderləri ABŞ Prezidenti Donald Trampı yenidən məhdudlaşdırıcı tədbirlər görməyə çağırmaq niyyətindədirlər.

Lakin məlumatlara görə, ABŞ administrasiyası hələlik Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı yekun qərar qəbul etməyib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031